61 yaşlı kişi arvadını balta ilə vurdu, sonra intihara cəhd etdi – Təfərrüat

Oğuzda kişinin arvadına və özünə xəsarətlər yetirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Oğuz şəhəri Arzu Əliyev küçəsində yerləşən evdə baş verib. Ailə münaqişəsi zəminində 61 yaşlı Nazim Rəhimov balta ilə həyat yoldaşı 57 yaşlı Sevinc Rəhimovanın başının arxa hissəsinə ağır xəsarət yetirib. Daha sonra Nazim Rəhimov bıçaqla özünün döş qəfəsinə bir-neçə yerdən xəsarətlər yetirib və sirkə turşusu içib.

***

Oğuzda kişi arvadına və özünə xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.