owl detail 620 b94681cc1c4af9db5d74c7cf9ef0d4df

TASS-ın verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

***13:42

Moskvanın Lubyanka qəsəbəsindəki Mərkəzi Uşaq Mağazasında (CDM) qaz balonu partlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, partlayış üçüncü mərtəbədə baş verib, daha sonra yanğın başlayıb.

Hazırda hadisə yerində təcili yardım briqadalar və yanğınsöndürənlər işləyir. İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, bir qədər əvvəl Bakıda “Sədərək” TM-də də oyuncaq mağazasının anbarında yanğın başlaması haqda məlumat yayılıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: