60 yaşlı kişi ürəyindən bıçaqlandı

Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhərində münaqişə zəminində bıçaqlanma hasisəsi baş verib.

Hacıqabul rayonunun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymov İsmət Fazil oğlu qohumu tərəfindən ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Şirvan xəstəxanasına çatdırlıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.