Rafinya şikayətləndi: “Deyirlər ki, bəhanədir”

owl detail 620 9e96bdbc735df7c7ec2a2a358116a3e4

“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya Klublararası Dünya Çempionatında oynamaq istəmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Futbolçunun sözlərinə görə, Avropa klublarının nümayəndələri turnirdə iştirak etməyə məcburdurlar:

“Onlar tətildə olmalı idilər. Çoxları deyir ki, bunlar bəhanədir. Ola bilər, amma tətildən imtina etmək çox çətindir”.

Qeyd edək ki, iyunun 14-dən iyulun 13-dək ABŞ-da FIFA klublararası dünya çempionatı keçirilir.“Barselona” turnirə vəsiqə qazana bilməyib.

Safura Bənnayeva
Globalinfo.az