Xətaidə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert keçirildi – FOTO/VİDEO

505808228 738422295418406 6534184768210857642 n
Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon Təşkilatının təşəbbüsü ilə “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə konsert proqramı təşkil olunub.
Globalinfo.az xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov, Zaur Quliyev, Nizami Mövlanov, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında danışılıb. Qeyd olunub ki, milli qurtuluş ideologiyasının təntənəsi hər zaman müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verib, dünyada Azərbaycanın nüfuzunun daha artırılmasında əsas faktora çevrilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.
Sonda atəşfəşanlıq olub.
505746761 738422482085054 1280428786096415201 n 505725727 738422142085088 6686091519613282250 n 506748166 738422095418426 5566551749535447449 n 506007943 738422192085083 4100300462021894628 n 506115074 738422102085092 3319261255091356715 n 506849485 738422508751718 3420987710420008429 n 1 506803492 738422588751710 6312686381564073893 n 506788174 738422185418417 1286435919286651377 n 506114312 738422188751750 8211015876153738576 n 506699271 738422702085032 1097330856222573082 n 506207401 738469952080307 4159379725339558998 n 506680189 738422868751682 3266951955245049105 n 505715673 738422408751728 7600290401949399809 n 505884234 738422765418359 6291035171313087992 n 505808228 738422735418362 2444487286353781162 n 505960190 738480922079210 5144569269333631189 n 505860236 738446178749351 8505740236847869023 n