32bf2532 7c09 45b1 ab8d a3789a4f3a25 850

Bakının mərkəzində sərnişinlərə xidmət göstərən bir sıra marşrut xətləri üzrə istismar edilən avtobusların hələ də yararsız vəziyyətdə olması davam edir.

Globalinfo.az-a müraciət edən şikayətçi paytaxtın mərkəzi hissələrindən keçən 165 saylı avtobusların salon oturacaqlarının söküldüyünü bildirib.

Qeyd edilib ki, oturacaqlar avtobus şirkəti tərəfindən sökülüb, məqsəd isə ayaqüstə olmaqla daha çox sərnişin götürməkdir. Marşrut xəttinin sürücüləri də oturacaqları özlərinin sökdürdüklərini deyiblər.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi son illərdə dəfələrlə 165 saylı xəttin avtobuslarının yenilənəcəyini bildirsə də, vədinə əməl etməyib. Bu qurumun fəaliyyəti ilə bağlı cəmiyyətdə neqativ fikir formalaşıb.

Malik
Globalinfo.az

50940ada 38a2 44f9 8133 be2bd8e6bbb4

Paylaş: