owl detail 620 e733e8d51630914678bbe018934fca61

“Avropa Qara dənizdə Rusiyaya qarşı plan hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.

Onun sözlərinə görə, Avropa Rusiyanı Qara dənizdən sıxışdırmaq məqsədi daşıyan və əvvəllər mövcud olan “Ukrayna” adlı layihəni yenidən canlandırmaq qərarına gəlib:

“Bu cür planlar Avropanın keçmiş təcrübələrdən dərs almadığını göstərir. Qara dənizdə hökmran olan Rusiyadır. Avropa İttifaqının (Aİ) Türkiyəni bu məsələdə öz tərəfinə çəkmək cəhdləri də uğursuz olacaq. Ankara bu oyunda onların yanında olmayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev də Böyük Britaniyanın addımlarında Qara dəniz regionuna dair iddialar gördüyünü açıqlamışdı. Onun sözlərinə görə, İngiltərə bölgədəki ticarət gəmilərini dəniz qüvvələrinin müşayiəti ilə təmin etməyi planlaşdırır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: