Gürcüstanın daxili işlər nazirliyi, ölkənin baş nazirinin müavini Vaxtanq Qomelauri istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“İctimaiyyətə bildirmək istəyirəm ki, daxili işlər naziri vəzifəsindən istefa vermək qərarına gəlmişəm”- məlumatda qeyd edilib.
Qomelaurinin sözlərinə görə, bu qərarı vermək onun üçün asan olmayıb. O, 10 ildən artıq Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb.
Siyasətçi xüsusilə Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə verdiyi dəstəyə görə təşəkkür edib. Qomelauri ölkəsinə sadiq qaldığını vurğulayaraq, Daxili İşlər Nazirliyinin gələcək rəhbərinə uğurlar arzulayıb.
Safura Bənnayeva
Globalinfo.az