
Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan 27-29 may tarixlərində Rusiyada keçiriləcək Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin 13-cü Beynəlxalq toplantısında iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Qriqoryanın mayın 28-də Ermənistanın Müstəqillik Günü münasibətilə baş tutacaq tədbirlərə qatılacağım üçün Moskvaya getməyəcəyi açıqlanıb.
Qeyd edək ki, bundan öncə Qriqoryanın Moskvaya səfərə hazırlaşdığı açıqlanmışdı.
Əliyar Xəlil
Globalinfo.az