owl detail 620 2246452235ab00792be0a614738f7fbe

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlara qoşulmasına mane olub.

Globalinfo.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz  məlumat yayıb.

O, Ağ Evin yayımladığı Vatikanda danışıqlara hazırlığı əks etdirən videonu belə şərh edib:

“Videodan göründüyü kimi, əvvəlcə üç stul olub. Makron Tramp və Zelenskiyə yaxınlaşanda Ağ Ev rəhbəri əli ilə onun yolunu kəsir və nəsə deyir. Tramp Makrona bu işdə iştirak etməməyi tövsiyə edib. Makron da buna uyğun hərəkət edib. Volodimir Zelenski Donald Trampla danışdıqdan sonra söhbətin təfərrüatlarını ona çatdırmaq üçün Emmanuel Makronla görüşə gedib”.


Safura Bənnayeva
Globalinfo.az

Paylaş: