owl detail 620 50d7292a1fc8e1da04e07034db93ebe2

Rusiya ordusuna aprelin 1-də başlayan yaz çağırışının son 14 ilin ən böyük çağırışı olacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, yaxın üç ay yarım ərzində 160 minə yaxın gənc hərbi xidmətə getməlidir. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 2011-ci ildə bu qədər əsgər çağırıb.

Aprelin 1-dən başlayan çağırış kampaniyası iyulun 15-dək davam edəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: