86013748 6aec 4cce 8550 0f71f6a6ac80 850

Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi qərara alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, yüksək rütbəli çex rəsmisi İsrail tərəfi ilə danışıqlar aparıb və görüşüb rəsmi Praqanın səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etdiyini bildirib.

Çexiyanın bu addımı ABŞ Prezidenti Donald Trampın tələbi ilə atıldığı deyilir.

Qeyd edək ki, Qüdsdə səfirlik açıldığı halda Çexiya Avropa dövlətləri arasında bu addımı atan ilk ölkə olacaq.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: