5 müəssisədə nöqsanlar aşkarlandı – Siyahı

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, iyunun 13-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 5 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulU ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
 1 “Nərmin” market Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 25, m. 6 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
 2 “Ruslan 93” market Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 7A Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
 3 “Muğam Ocağı” restoranı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 65B 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
 4 “Phali Khingali” restoranı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42B 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
 5 “Mark Chill Out” restoranı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 47C 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq