Kreml Putin və Trampla bağlı məlumatı təsdiqlədi

moskva

“Martın 18-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, danışıq üçün hazırlıq görüldüyünü bildirsə də, müzakirə gündəliyini açıqlamayıb:

“Biz əsla hadisələri önləmirik. Liderlər arasında əlaqənin baş tutması üçün hazırlıq davam edir. Hansı mövzuların danışılacağı isə müzakirəyə açıq məsələ deyil. Ona görə də bunu açıqlamayacağıq”.

Qeyd edəki ki, ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti ilə çərşənbə axşamı danışmağı planlaşdırdığını deyib. Ağ Ev rəhbəri əlaqə zamanı Ukrayna münaqişəsi çərçivəsində ərazi və infrastruktur məsələlərinə xüsusi diqqət yetirmək niyyətində olduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında sonuncu telefon danışığı fevralın 12-də baş tutub. İki ölkə liderləri bir saat yarım ərzində Ukrayna məsələsini, eləcə də münasibətlərdə yığılıb qalmış problemləri müzakirə ediblər. Daha sonra şəxsi görüşlərin təşkili də daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.

Safura Bənnayeva
Globalinfo.az