“ABŞ Prezidenti Donald Tramp mübahisədən sonra Ukrayna lideri Volodimir Zelenskinin nahar payını yeyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O, Trampın naharı ləğv etmək qərarına gəldiyini, çünki Zelenskinin sülh danışıqları aparmaq vəziyyətində olmadığını hiss etdiyini söyləyib:
“ABŞ prezidenti Zelenskinin naharını hərfi və məcazi mənada yedi”.
Məlumata görə, Tramp qonaqlara rozmarin və kərəviz kökündən hazırlanmış püre ilə toyuq qovurması hazırlatdırıb. Liderlərin uğursuz naharına pomidor, kələm, qulançar və bal ilə yaşıl salat da daxil idi. Desert siyahısında krem-brule, giləmeyvə, peçenyelər və s. olub.
Ukrayna nümayəndə heyətinin Ağ Evi tərk etməsinə baxmayaraq, Tramp nahardan imtina etməyib. Boş yerlər olduğuna görə daha bir neçə komanda üzvünü masaya dəvət edib.
Safura Bənnayeva
Globalinfo.az