fazil

“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.

Bildirilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub.

“Bu, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru isə Nadir Əliyevdir.

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

689471905 1323558556503476 6800997392122228146 n
690868499 1323558549836810 3341987878655062393 n

Paylaş: