Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur

tbilisi tiflis

Gürcüstanın hüquq-mühafizə orqanları yanvarda 37 əcnəbi vətəndaşı, o cümlədən bəzi erməniləri ölkədən deportasiya edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ötən ay Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanununa əsasən müxtəlif ölkələrin 37 vətəndaşı deportasiya edilib”, – məlumatda deyilir.

Qeyd edilir ki, deportasiya edilənlər arasında Moldova, Misir, Ermənistan, Rusiya, İraq, İran, Türkiyə, Pakistan, Türkmənistan, Hindistan, Banqladeş və Nigeriya vətəndaşları var.

Safura Bənnayeva
Globalinfo.az