1979-cu ilin 16 yanvar tarixində İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Fərəh Pəhləvi ilə ölkəni tərk edib. Bu tarixi anı əks etdirən video yayılıb.
Globalinfo.az xəbər verir ki, Pəhləvilər təyyarə doğru hərəkət edərkən onları İran siyasi elitasının xeyli üzvü müşayiət edir. Görüntülərdə Rza şah Pəhləvinin məyus, gərgin olduğu açıq sezilir. O, ölkəni müvəqqəti tərk etməyi düşünüb. İğtişaşlar yatdıqdan sonra İrana geri dönməyi planlaşdırıb. Amma bu, Şahın son gedişi olur. Pəhləvilər İrandan birbaşa Misirə uçur. O, 1980-cilin 27 iyul tarixində Qahirə şəhərində vəfat edir.
Hazırda İranda mövcud rejimə qarşı xalq üsyanı davam edir. Pəhləvilərin İranı tərk etdiyi günlərdə islam rejiminin də çöküşü mümkün görünür. Hətta ABŞ-ın İrana hərbi müdaxiləsi də istisna edilmir.