bicaq 90

Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

R.Ələkbərovun saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş: