“Rusiya İran üçün dost və qardaş ölkədir. İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei Rusiya ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian deyib.
“Mən Ali Rəhbərlə görüşdüm, o sizə xüsusilə xoş arzularını göndərdi. Qardaş və dost ölkə Rusiya ilə əlaqələrimizin möhkəmləndirilməsi, genişləndirilməsinin vacibliyini vurğuladı”, – İran lideri bildirib.
Safura Bənnayeva
Globalinfo.az