45 yaşlı ögey atasını öldürdü, həbs edildi

Mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində evlərin birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmindən Globalinfo.az-a a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu 2002-ci il təvəlldlü Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.