45 santimetr qar yağdı, yol bağlandı – FOTOLAR

Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib, gediş-gəliş bərpa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən kəndə qədər olan yeddi kilometrlik məsafə qardan təmizlənib.

Qeyd edək ki, Sarıbaşa qədər olan yol dağlıq ərazidən keçdiyi üçün yolun açılmasında bəzi çətinliklər yaranıb. Avtomobillərin və kənd sakinlərinin rayonun mərkəzi ilə əlaqəsi kəsilib.

Hazırda Sarıbaşda qarın qalınlığı 45 santimetrə çatır.