“44 günlük müharibə ilə bağlı hər cinayət işinin detalları ictimaiyyətə açıqlanmır ki, ordunun döyüş qabiliyyəti aşağı düşməsin”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib.
Baş prokuror ordu rəsmiləri ilə yanaşı hakimiyyət nümayəndələrinin də müharibə dövründəki fəaliyyətinin araşdırıldığını bildirib:
“Orduda yuxarı hərbi komandanlığın vəzifə borcunu yerinə yetirmədiyinə dair faktlar araşdırılır. Hətta komandanlıqdan hansısa şəxsin günahının olmadığına dair sənəd belə gəlsə, barəsində istintaq dərhal yekunlaşdırılmır. Lakin müharibədəki məğlubiyyətdə cavabdeh tərəf sadəcə ordu deyil, arxa cəbhə, hakimiyyətin də rolu var. Onların fəaliyyətləri isə korrupsiya cinayətləri çərçivəsində araşdırılır.
Məsələn, məlumat var ki, 44 günlük müharibədə bir sıra yüksək vəzifəli şəxslərin həyat yoldaşları fərqli şəhərlərdə bizneslə məşğul olublar. Bu, xoşagəlməz haldır. Mənə görə, məğlubiyyətin səbəblərindən biridir”.
Ayşən Mustafa
Globalinfo.az