Herzi Halevi

“İsrail ordusunun Suriyadakı addımlarının bir məqsədi var: İsrailin təhlükəsizliyini təmin etmək”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

Yüksək rütbəli hərbçilərlə görüş keçirən Halevi qeyd edib ki, İsrail Suriyanin daxili işlərinə qarışmır:

“Biz Qolan təpələrini, şimalını və Hermon dağını qorumaq üçün buradayıq. Suriya bir vaxtlar düşmən dövlət olub, hazırda isə ordusu dağılıb. Terror dəstələrinin sərhədimizə yaxın yerləşdirilməyə çalışılacağı ilə bağlı real təhlükə var. Ekstremist qrupların bizə yaxın ərazidə toplanmasının qarşısını qətiyyətlə alırıq “.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: