“İsrailin bölgədə aqressiv hərəkətləri ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha da güclənə bilər. Təl-Əviv İranın nüvə obyektlərinə zərbə endirməyə cəhd etsə, münaqişənin digər ərazilərə yayılması ehtimalı artacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya sürgün etməkdir:
“Belə bir ssenari regionu daha böyük münaqişəyə sürükləyə bilər. Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinin ardınca İsrailin daha böyük cavab tədbirlərinə başlamasının şahidi ola bilərik. İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə imkanlarını sıradan çıxarmaq üçün addımlar ata bilər”.
Nazir əlavə edib ki, İsrail Fələstinin HƏMAS hərəkatı ilə danışıqlarda yeni şərtlər irəli sürməkdə davam edir:
“Bu, onun hərbi məqsədlərinə çatmaq üçün vaxt qazanmağa çalışdığını göstərir. Biz əvvəldən atəşkəs rejimini qətiyyətlə dəstəklədik”.
Safura Bənnayeva
Globalinfo.az