4000 illik “şaman” məzarında tapılan qızılın sirri açıldı

İngiltərənin ən tanınmış tarixi abidələrindən olan Stounhenc (Stonehenge) yaxınlığında tapılan daş alətlərin səthindəki qızıl izlərin onların qızıl zinət əşyalarının hazırlanmasında istifadə olunduğunu deməyə əsas verir.

Globalinfo.az “Livescience”ə istinadən xəbər verir ki, 19-cu əsrdə Stounhenc yaxınlığında məzarda aşkar edilən qəbirin təxminən 4000 il əvvələ aid olduğu deyilir.

Məlumatda bildirilir ki, qəbirdə iki nəfər “şaman paltarı” hesab edilən məzar əşyaları ilə birlikdə basdırılıb.

Bu daş alətlərin yenidən təhlili zamanı onların səthində qızıl izlərinin olduğu üzə çıxıb. Bu isə onların qiymətli metalın hazırlanmasında istifadə edildiyini göstərir.

Gülnar Səlimova,
Globalinfo.az