400 metrlik televiziya qülləsi yerlə bir oldu – ANBAAN VİDEO

ABŞ-ın Texas ştatında 400 metrlik televiziya qülləsi partladılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb kabellərdən birinin qırılması olub. Bundan sonra mühəndislər onu təmir etmək əvəzinə istismardan çıxarılmasını daha uyğun görüblər.

Beləliklə, qüllənin yerləşdiyi La-Feria şəhərinin sakinlərinə əvvəlcədən xəbərdarlıq edilib, bəzi ərazilər boşaldılıb. Bundan sonra nəzarətli partlayışla qüllə partladılıb.