4 uşaq atası 30 manata görə öldürülüb – Təfərrüat

Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.

Məlumata görə, buna görə Yaqub Həsənov ötən gün Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.

Vasif Həsənovun xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.