
Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Fridrix Mertz və Polşanın Baş naziri Donald Task hazırda Ukraynada səfərdədirlər.
Globalinfo.az xəbər verir ki, Fransa prezidetni digər liderlərlə birlikdə Kiyevdən fotosunu yayımlayıb.
O, fransız, alman, ingilis və polyak dillərində “Kiyev yolunda. Ukrayna üçün. Avropa üçün” sözlərini qeyd edib.
Daha sonra başqa bir paylaşım edərək Ukrayna xalqına dəstək olduğunu bildirib.
Hazırda Ukraynada münaqişənin həlli üçün liderlərin yüksək səviyyəli müzakirəsinin baş tutması gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az