İsrail-HƏMAS girov mübadiləsi müqaviləsi çərçivəsində 39 fələstinli girovluqdan azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.
“Razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 24 qadın və 15 uşağın azad edilməsini təsdiqləyirik”, – deyə bildirilib.
Qeyd edək ki, HƏMAS Tailand və İsrail vətəndaşları olmaqla, 25 nəfəri girovluqdan azad edib.
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu da girovların qaytarılmasının birinci mərhələsinin başa çatdığını açıqlayıb.