Narinlə bağlı dəhşətli ekspertiza rəyi açıqlandı – Bədənində şübhəli…

Ötən gün Diyarbəkirdə cansız bədəni tapılan 8 yaşlı Narin Güranla bağlı ekspertiza rəyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Narin Güranın ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb.

Diyarbəkir Ədliyyə Tibb Qurumu Narin Güranın ayağındakı sınığın hücum, yoxsa zədə nəticəsində yarandığını araşdırır. Yekun hesabatın 15 gün ərzində açıqlanması gözlənilsə də, cəsədin həddindən artıq deformasiyaya uğramasının işi çətinləşdirdiyi ifadə edilir.

Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyinin qənaətindədirlər.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gün sonra meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı aralarında ailə üzvləri və qohumlarının da olduğu 23 nəfər saxlanılıb. Şübhəlilərin dindirilməsi davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni nəzarətə götürüb.

Safura Bənnayeva
Globalinfo.az