Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təsisçi və fəxri prezidenti Bidzina İvanişvili xalq qarşısında zirehli şüşə arxasından çıxış edib.
Globalinfo.az xəbər verir ki, “boz kardinal” seçkiqabağı kampaniya ilə bağlı müxtəlif regionlara səfər edərək təbliğat xarakterli çıxışlara başlayıb.
Məlumata görə, o, Mtsxedada xalqa müraciətini zirehli şüşə arxasından gerçəkləşdirib. Hakim komandanın digər liderləri, o cümlədən Baş nazir İrakli Kobaxidze də onunla birlikdə səhnədə olsalar da, zirehli şüşədən istifadə etməyiblər.
İyul ayında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti B.İvanişviliyə qarşı sui-qəsd cəhdi ilə bağlı araşdırma başladıldığını elan etmişdi.
Baş naziri İrakli Kobaxidze “boz kardinal”a sui-qəsdin Slovakiyanın Baş naziri Robert Fitsonu və ABŞ Prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlandığını bildirmişdi.
Ayşən Mustafa
Globalinfo.az