ukrayna ordusu 131

“Almaniya Ukraynaya hərbi yardımı dayandırmalıdır, çünki bu, nəticə vermir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Saksoniya Federal Əyalətinin baş naziri Maykl Kretçmer deyib.

“Biz artıq Ukraynaya silah üçün vəsait ayıra bilmərik. Ona görə ki, bu strategiya səmərəsiz oldu”, – o bildirib.

Kretçmer əlavə edib ki, Ukrayna münaqişəsi danışıqlar masasında həll edilməlidir.

Qeyd edək ki, son günlər Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olub və bəzi kəndləri, eləcə də Suca şəhərini ələ keçirib.

Xatırladaq ki, Kursk vilayətində İkinci Dünya müharibəsində alman və sovet qoşunları arasında həlledici döyüş olub və SSRİ mühüm qələbə qazanıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: