İran yük maşını kəndimizdə dərəyə aşdı, erməni polisi gəldi – FOTO

İyulun 22-si səhər saat 07:30 radələrində Meğri-İrəvan yolunda hərəkət edən İrana məxsus yük maşını qəza törədib. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist Qaqik Şamşyan məlumat yayıb.

Yük maşını yolun Kərki kəndindən keçən hissəsində naməlum şəraitdə hərəkət zolağından çıxaraq dəmir baryerlərə çırpılıb və dərinliyi 170 metr olan dərəyə aşıb.

Məlumata görə, sürücü qəza yerindən ağır vəziyyətdə çıxarılıb və xəstəxanaya çatdırılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin yüksəkrütbəli əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Təfərrüat açıqlanmır.

Ayşən Mustafa
Globalinfo.az