IMG 0296

İyulun 13-də Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

Globalinfo.az xəbər verir ki, konsert Ulu Öndərin adını daşıyan parkın amfiteatr səhnəsində tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Milli Müdafiə Universitetinin kursantları, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ifaları ilə davam etdirilib.

Sonda atəşfəşanlıq olub.

450611910 501842865743018 9062642838436618928 n
450920136 501842659076372 6632097915045002210 n
450578220 501842675743037 7734051774105619466 n
450897071 501843445742960 4240495800586400742 n
451119580 501843405742964 6440054878605855499 n

450815039 501845655742739 1112500920184268679 n
WhatsApp Image 2024 07 14 at 12

450611920 501845649076073 7015954867409614103 n
450587111 501843372409634 3595164757313818585 n
450594259 501843322409639 2861485294235248411 n

Paylaş: