1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 5

Daha bir itkin şəhidin nəşinin qalıqları tapılıb.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, indiyədək itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilib.

Məlumata görə, vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində, şəhidin ata ocağında keçiriləcək. Daha sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb.

1771089822 4159bc9fc0523843ae8b96336b4dd972 4 1771089823 c5111edc3e0bb1bc50903a8f14139c1d 4

Paylaş: