ukrayna muharib1

“Krımı Rusiyadan geri almaq realdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna qoşunlarının komandanı Aleksandr Sırski deyib.

“Əlbəttə, bu, böyük hərbi sirdir. Əlimizdən gələn hər şeyi edirik ki, 1991-ci ildə tanınmış beynəlxalq sərhədlərimizi bərpa edək. Biz vətəndaşlarımızı azad etmək üçün qalib gəlməliyik”, – deyə o bildirib.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən işğal olunub. Moskva yarımadaya böyük hərbi qüvvə yerləşdirib. Hazırda bundan Ukraynaya qarşı hücum əməliyyatlarında geniş istifadə edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: