“Gürcüstan müəyyən mənada regionda aparıcı rolu öz üzərinə götürmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.
O bildirib ki, Tbilisinin İrəvanla Bakı arasında münasibətləri tənzimləmək səylərini şərtləndirən də bu amildir:
“3+3″ formatı isə Gürcüstan üçün qəbuledilməzdir. Bizim mövqeyimiz çox sərt və aydındır: Rusiya ərazi bütövlüyümüzü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Lakin bu, Tbilisinin Qafqazdaxili proseslərdən kənarda qalacağı mənasına gəlmir. Gürcüstan Türkiyə ilə ikitərəfli münasibətlərin inkişafı və Gürcüstan-Ermənistan-Azərbaycan üçtərəfli format istiqamətində fəaliyyətini davam etdirir”.
Ayşən Mustafa
Globalinfo.az