Ermənistanda qorxunc anlar: Debed fəlakəti azərbaycanlıları da “vurdu”, ölən var – VİDEO

Son saatlara olan məlumata görə, Debed çayının daşması səbəbindən bəzi körpülər dağılıb, qəsəbələri su basıb, dəmiryolunun sütunları çöküb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Alaverdi şəhərinin yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb, ilkin məlumatlara görə, naqillərdə qısaqapanma nəticəsində partlayış baş verib.

Ermənistan Daxili İşlər Nazirliyi onlarla briqadanın xilasetmə işlərinə cəlb edildiyini, 200-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

***10:59

Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Fəlakət nəticəsində Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

Güclü yağış və Debed çayının daşması Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlara səbəb olub.

Ermənistanda isə Alaverdi-Vanadzor yolunun 31-ci km-i su altında qalıb və təxminən 50 m uzunluğunda olan hissə dağılıb, bir neçə minik avtomobilinin çaya düşməsi nəticəsində xəsarət alanlar olub, bir nəfər ölüb.

Məlumata görə, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Safura Bənnayeva
Globalinfo.az