Rusiyanın Yekaterinburq vilayətinin Koltsovo hava limanında “Ural Airlines” aviaşirkətinin təyyarəsi bir nəfərin üzərindən keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ural Mash” Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə hava limanının texniki işçisi təyyarənin şassisini yoxlayarkən baş verib. Həmin an Yekaterinburq-Bişkek reysinin pilotu hərəkət etməyə başlayıb, nəticədə şəxs təyyarənin təkərləri altında qalıb.
Onun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirib.
Safura Bənnayeva
Globalinfo.az