“Yaxın iki gündə parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yekun oxunuşda qəbul edəcəyi zaman müxalifət qüvvələri polisə qarşı təxribatlar törətməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
“Bizdə bu barədə dəqiq məlumatlar var. Bu gün və sabah radikal müxalifətin yaratdığı və xaricdən maliyyələşən gənclərdən ibarət qruplar parlamentə və polisə qarşı zorakılıq aksiyaları keçirməyi planlaşdırır. Qanun pozucuları qanun qarşısında ən ağır nəticələrlə üzləşəcəklər”, – o bildirib.
Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını maksimum səbirli olmağa, zorakılıq və təhqirlərə cavab verərkən “Avropa standartlarından daha yüksək standartlara” uyğun davranmağa çağırıb.
Safura Bənnayeva
Globalinfo.az