
Bu gün Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyan aksiya ilə bağlı çağırış edib.
“Bu gün saat 18:30-da baş tutacaq aksiyada vacib məsələlər müzakirə olunacaq”, – o bildirib.
Qeyd edək ki, Ermənistanda delimitasiya və demarkasiya prosesinə qarşı bu qəbildən aksiyalar keçirilir.
Safura Bənnayeva
Globalinfo.az