Paşinyanın Putinin andiçməsinə getməməsinin “səbəbi”

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi zamanı, yəni mayın 7-də konfrans keçirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” nəşri məlumat yayıb.

“Mayın 7-də, saat 12:00-da Baş nazir Nikol Paşinyan mətbuat konfransı keçirəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın Rusiya prezidentinin andiçmə mərasiminə qatılmayacağını bildirib.

Safura Bənnayeva
Globalinfo.az