image

“Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya Qərb qoşunlarının göndərilməsi ilə bağlı bəyanatı çox təhlükəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Paris Ukrayna münaqişəsində birbaşa iştirak fikrindən daşınmalıdır:

“Bu, çox təhlükəli tendensiyadır”.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Emannuel Makron “The Economist”ə açıqlamasında Ukraynaya qoşun göndərəcəyini istisna etmədiyini bildirmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: