Gürcüstanda qalmaqal: baş nazirdən prezidentə sərt sözlər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini dövlətin milli maraqlarına xəyanət ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”a yazıb.

Kobaxidzenin sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması üzücüdür.

“Ən acınacaqlısı odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs satqındır. Sözün əsl mənasında, o, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir. Təəssüf ki, bu gün o, Gürcüstanın prezidenti adlandırılır, buna görə mən şəxsən onun prezident olmasına töhfə verdiyim üçün Gürcüstan cəmiyyətindən üzr istəyirəm”, – İ.Kobaxidze bildirib.

Ayşən Mustafa
Globalinfo.az