300-dən çox bağçada bu vəzifə boşdur

Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 238 bağça 1 qruplu olduğuna görə orda tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.

Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.