İtaliyada 30 ildir axtarışda olan mafiya başçısı həbs olunub.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Belə ki, məşhur mafiya liderlərindən olan Matteo Messina Denaro saxlanılıb. O, 1993-cü ildə axtarışa verilib.
Uzun müddət axtarışda olanların siyahısında ən təhlükəli şəxslərdən biri hesab olunan Denaro hüquq-mühafizə orqanlarından 30 il müddətində yayınmağı bacarıb.
Hazırda onunla bağlı hüquqi prosedurlar davam edir.