zelenski 2 1 900x600 1

“Rusiyanın Ukrayna ərazisinə endirdiyi hərbi zərbələr Prezident Volodimir Zelenskiyə əhəmiyyətli siyasi təzyiq göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter deyib.

Rusiya hərbi qüvvələri Ukraynanın demək olar ki, bütün elektrik enerjisi istehsal imkanlarını kəsiblər. Ölkənin şəhərləri və bütün rayonları qaranlığa qərq olur. Bu, Zelenski üçün vəziyyəti daha da pisləşdirəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya hərbi qüvvələri 2022-ci ilin oktyabrında Krım körpüsündə baş verən partlayışdan qısa müddət sonra Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez bütün ölkə ərazisində hava hücumu sirenləri müntəzəm olaraq səslənir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda da hücumlar enerji sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə yönəlib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: