29 nəfərin həyatına son qoyan yanğının səbəbi bilindi

Türkiyənin İstanbul şəhərində 29 nəfərin həyatına son qoyan yanğının səbəbi bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, 16 mərtəbəli binanın aşağı hissəsində yenilənmə işləri aparılarkən boru partlayıb və nəticədə gecə klubunda güclü yanğın başlayıb. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.