“Uçuşlar başladı: Ermənistan poliqona çevriləcək” – FOTO

“Ermənistanla Azərbaycan arasında artan gərginlik fonunda, beynəlxalq mətbuatın yazdığına görə, İran Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürüb”.

Globlalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr bildirir ki, İranın “Boeing-747” yük təyyarəsi bu gün üçüncü dəfə İrəvana çatıb:

“Paralel olaraq İsraildən də Azərbaycana hərbi nəqliyyat təyyarələrinin uçuşu müşahidə edilir. Belə görünür ki, Ermənistan təkcə sirkə deyil, həm də poliqona çevirləcək”.

Qeyd edək ki, son günlər Ermənistanın sərhədə qoşun yığması, silahlanması barədə xəbərlər yayılsa da, İrəvan bunu təkib edirdi. Lakin bu təxribatı tədbirlər intensivləşdiyi üçün artıq erməni KİV-ləri sözügedən məlumatları təsdiqləməyə başlayıb.

Safura Bənnayeva
Globalinfo.az